Şübhəli şəxsin hansı hüquqları vardır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Şübhəli şəxsin hansı hüquqları vardır?
Cavab: Tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
1. nədən şübhələnildiyini bilmək (şübhənin məzmunu — ona istinad edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin faktiki tərəfi və hüquqi tövsifi);
2. tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq;
3. tutulma haqqında və ya qətimkan tədbiri seçilməsi haqqında qərarın surətini almaq;
4. tutulma haqqında protokol tərtib olunduqdan dərhal sonra onunla tanış olmaq və ona protokolda əks olunmalı qeydlərini vermək;
5. tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq. Və s.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.








