Ali Məclisin Hüquq siyasəti  komitəsinin iclası keçirilib -

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib - FOTO

21 Sentyabr 2026

Sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, komitə sədri Əjdər Əliyev 2026-cı il payız sessiyasının əvvəlində Hüquq siyasəti komitəsinin öz işi barədə hesabatını nəzərə çatdırıb. Vurğulanıb ki, ötən dövrdə keçirilən komitə iclaslarında müzakirə olunan qanun layihələrinə Ali Məclisdə baxılmasına dair rəylər verilib. Komitə sədri deyib ki, ötən müddətdə seçicilərlə mütəmadi görüşlər keçirilib, onların müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı müvafiq işlər görülüb.

 İclasda gündəlikdə duran məsələ ilə bağlı komitə üzvlərinin çıxışları dinlənilib, müzakirələr aparılıb.