Sürücünün sərxoşluq vəziyyəti hansı hallarda yoxlanıla bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Sürücünün sərxoşluq vəziyyəti hansı hallarda yoxlanıla bilər?
Cavab: Sürücünün sərxoşluq vəziyyəti aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda yoxlanıla bilər.
1) Nəfəsindən alkoqollu içki qoxusu gəldikdə
2) Ayaq üstə sərbəst dayana bilmədikdə
3) Özünü idarə edə bilmədikdə
Sual Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas Şahmar Həşimov tərəfindən cavablandırıldı.








