Culfa rayonunda yük avtomobilində yanğın olub
Culfa rayonunda qoşqulu yük avtomobilində yanğın baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə Culfa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində “Scania” markalı yük avtomobilində baş verən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin kabin hissəsi və bir qoşqu yanıb, digər qoşqu isə yanğından mühafizə olunub.








