Şahbuzda qəza baş verib
Şahbuzda qəza baş verib, 2 nəfər xəsarət alıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə rayonun Ağbulaq-Gömür kəndləri arasındakı yolda qeydə alınıb. "Niva" və "Fiat" markalı avtomobillərin toqquşması nəticəsində Ağbulaq kənd sakinləri - 1993-cü il təvəllüdlü Həsənova Aysel Bəylər qızı və 1988-ci il təvəllüdlü Həsənova Mədinə Vilayət qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.








