Naxçıvanda vətəndaşları aldadaraq 10 min manata yaxın pul alan şəxs saxlanılıb

Naxçıvanda vətəndaşları aldadaraq 10 min manata yaxın pul alan şəxs saxlanılıb

23 Sentyabr 2026

Naxçıvanda vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə pul vəsaitlərini mənimsəyən şəxs saxlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, keçirilən tədbirlərlə bir neçə şəxsə onların övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə köməklik göstərə biləcəyini vəd edərək  aldadan Əmrah Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun  müxtəlif vətəndaşları eyni üsulla aldadaraq onlardan ümumilikdə 10 min manata yaxın pul vəsaiti aldığı müəyyən edilib.

Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib .

Hazırda şəxsin digər analoji əməllərinin olub-olmaması və dələduzluqdan zərərçəkənlərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.