DİN: Həftəsonu 17 silah aşkarlanıb
Azərbaycanda sentyabrın 12-də və 13-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 8 tüfəng aşkar edilərək götürülüb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmçinin 6 patron darağı və 194 ədəd müxtəlif çaplı patron tapılıb.








