Naxçıvanda 36 yaşlı kişi sirkə turşusu içərək ağır vəziyyətə düşüb

Naxçıvanda 36 yaşlı kişi sirkə turşusu içərək ağır vəziyyətə düşüb

14 Noyabr 2026

Naxçıvan şəhərində zəhərlənmə hadisəsi baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, 1990-cı il təvəllüdlü İlqar Bayramov Süleyman oğlu sirkə turşusu içib. O, dərhal xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata əsasən, İlqar Bayramov bu gün yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən Hüseynəliyev Hüseynəli Vidadi oğlunun bibisi oğludur. O, dəfn mərasimindən sonra evə qayıdaraq sirkə turşusu içib.

Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.