Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvanda avtomobil piyadanı vurub

25 Sentyabr 2026

Hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib. Belə ki, səhər saatlarında avtomobil yolu qarşı tərəfə keçən 1963-cü il təvəllüdlü Cəmilə Baxışəliyevanı vurub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, xəsarət alan 63 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.