Kəngərlidə ağır yol qəzası: körpə ölüb

Kəngərlidə ağır yol qəzası: körpə ölüb

23 Sentyabr 2026

Kəngərli rayonunun Xok kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə zamanı 77-KS-302 dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobil aşıb. Nəticədə avtomobildə olan 1994-cü il təvəllüdlü Quliyev Məğrur Məşur oğlu və onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Quliyeva Gülarə Elçin qızı xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Qəza nəticəsində onların 2026-cı il təvəllüdlü övladı Qasımov Rəvan Məğrur oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.