Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,9% artıb
Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 sentyabr 2026-cı il tarixə MR-də qeydiyyatda olan onlayn NKA-ların sayı 3.401 ədəd olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yeni nəsil NKA-lardan istifadənin genişləndirilməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar – avqust aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 405,6 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 75 milyon manat və ya 27,9 faiz çoxdur.








