Dövlət müəssisələri tərəfindən işçilərə torpaq sahələri hansı qaydada verilir? -

Dövlət müəssisələri tərəfindən işçilərə torpaq sahələri hansı qaydada verilir? - HÜQUQ MƏSLƏHƏTİ

23 Sentyabr 2026

Sual: Dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən işçilərə torpaq sahələrinin verilməsi hansı qayda da həyata keçirilir?

Cavab:  Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 64-cü maddəsinə  əsasən:

Dövlət müəssisələri, idarələri və təşkilatları əsas fəaliyyət sahəsinə xələl gətirmədən istifadələrində olan torpaqlardan öz işlərinə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının qərarı əsasında müvəqqəti istifadəyə və icarəyə torpaq sahələri verə bilərlər.

Sual Şahbuz  rayon prokurorunun köməkçisi,III dərəcəli hüquqşünas Yaqub Salamzadə tərəfindən cavablandırıldı.