Naxçıvanda bir sıra qida məhsullarının istehsalı artıb

Naxçıvanda bir sıra qida məhsullarının istehsalı artıb

23 Sentyabr 2026

2026-cı ilin yanvar–avqust aylarında Naxçıvan Muxtar Respublikasında 4 128,2 ton unlu qənnadı məmulatları, 18,2 ton şəkərli qənnadı məmulatları, 428,9 ton şəkər və qənd, 156,9 min dekalitr meyvə şirələri və 108,3 ton ayran istehsal olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz, şəkərli qənnadı məmulatlarının istehsalı 3,5 dəfə, şəkər və qənd istehsalı 10,2 faiz, meyvə şirələrinin istehsalı 71,7 faiz, ayran istehsalı isə 2,5 dəfə artıb.