NDU-da “Gələcək peşəm prokuror" adlı panel müzakirə keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “ Gələcək peşəm: prokuror" adlı panel müzakirə keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, panel müzakirədə çıxış.edən Naxçıvan Muxtar Respublika Prokurorluğunun əmıkdaşları baş ədliyyə müşaviri Faiq Səfərov, kiçik ədliyyə müşaviri Turqay Həşimli və kiçik ədliyyə müşaviri Jalə İbrahimova çıxış edərək prokurorluğun dövlət təsisatları sistemindəki yeri və rolu Azərbaycan Prokurorluğunun yaranma və inkişaf mərhələləri, prokurorluğa Ulu Öndər Heydər Əliyev qayğısı, prokurorluğun müasirləşməsi istiqamətində dövlət Başçısı Cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər prokurorluğun fəaliyyət istiqamətləri və fəaliyyətin əsas prinsipləri mövzusunda çıxış ediblər.
Sonda panel müzakirə tələbələrin sualları ilə davam edib və tələbələri maraqlanıran mövcud praktiki məsələlərlə bağll müzakirələr aparılıb.











