Naxçıvan Ədliyyə Nazirliyinin Tibb xidmətinə qulluğa qəbul elan edilir
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Tibb xidmətində həkim (zabit) və feldşer ixtisası tələb edən kiçik rəis heyəti vəzifələrinə qulluğa qəbulla bağlı növbəti müsahibə keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müsahibə Tibb xidməti üzrə kadr korpusunun yüksək ixtisaslı mütəxəssislər hesabına möhkəmləndirilməsi məqsədilə təşkil olunur.
Vakant vəzifələr əsasən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə taborunda və cəzaçəkmə müəssisələrindədir.
Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları müsahibədə iştirak edə bilərlər.
Sənəd qəbulu 1 oktyabr 2026-cı ildən 1 noyabr 2026-cı ilədək Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1 ünvanında yerləşən Ədliyyə Nazirliyinin inzibati binasında həyata keçiriləcək.
Müraciətlər həmçinin office@njustice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbul edilir.
Əlavə məlumat üçün: (036) 545-00-69.








