Naxçıvan şəhərinin yol infrastrukturu yenilənir
Naxçıvan şəhərinin müxtəlif ərazilərində yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, şəhərin müxtəlif küçə və yollarında asfalt örtüyünün yenilənməsi məqsədilə aparılan işlər çərçivəsində köhnəlmiş yol örtüyü bərpa olunur, ərazilərdə hazırlıq işləri həyata keçirilir və yeni asfalt-beton qatının döşənməsi aparılır.
Görülən tədbirlər yol hərəkətinin təhlükəsizliyinin və rahatlığının təmin olunmasına, şəhərin yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına və abadlıq işlərinin daha da genişləndirilməsinə xidmət edir.
İşlərin mərhələli şəkildə şəhərin müxtəlif ərazilərində davam etdirilməsi nəzərdə tutulur.








