Naxçıvan Prokurorluğunun əməkdaşları internat məktəbinin şagirdlərini ziyarət ediblər - FOTO
Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və "prokurorluq işçilərinin peşə bayramı günü" münasibətilə həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunun bir qrup əməkdaşı Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinin şagirdlərini ziyarət edərək onlara hədiyyələr təqdim ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyarət zamanı prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum uşaqlarla görüşərək onların mövcud problemləri, təlim-tədris prosesi və məişət şəraiti ilə maraqlanıblar. Həmçinin uşaqlara müxtəlif hədiyyələr, geyim və dərs ləvazimatları təqdim olunub, şagirdlərlə xatirə fotoşəkli çəkdirilib.











