Culfada güclü külək müşahidə olunur

Culfada güclü külək müşahidə olunur

25 Sentyabr 2026

Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 19:00-a olan məlumatında qeyd edilib.

Quba və Qusarda arabir yağış yağır.

Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 25, Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalanda 18, Şirvan, Culfada 17 m/s-yə çatır.