Naxçıvanda dələduzluqda ittiham olunan idmançı həbs edilib

Naxçıvanda dələduzluqda ittiham olunan idmançı həbs edilib

25 Sentyabr 2026

Naxçıvanda dələduzluqla bağlı saxlanılan idmançı Əmrah Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, naxçıvanlı atlet Əmrah Nağıyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əmrah Nağıyev vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunur.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində o, saxlanılıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.