Naxçıvanda sentyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Naxçıvanda sentyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

25 Sentyabr 2026

Sentyabr ayı üzrə bütün növ sosial müavinətlərin ödənilməsi başa çatdırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Naxçıvan Muxtar Respublikası üzrə sentyabr ayı üçün sosial müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım ödənişləri başa çatdırılıb.