Penitensiar Xidmətə yeni rəis təyin edilib -

Penitensiar Xidmətə yeni rəis təyin edilib - SƏRƏNCAM

27 Oktyabr 2026

Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

İlham Əliyevin digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Qeyd edək ki, Sahib Rzayev indiyə qədər Ədliyyə Nazirliyin İstintaq İdarəsinin rəisi olub.