Naxçıvan -

Naxçıvan - ŞEİR

11 Noyabr 2026

Gəzib dolansam belə,

Ruhum, canım, Naxçıvan!

Arzum, eşqim, muradım,

Son gümanım, Naxçıvan!


Bu hissi necə danım?

Sənsən damarda qanım.

İlk dostluğum, ilk anım,

İlk ünvanım, Naxçıvan!


Döyüşlər lövhəsində,

Vətənin guşəsində,

Tarixin səhifəsində,

Adım, sanım, Naxçıvan!


Vətənə igid verən,

İgidə ümid verən,

Yüzlərlə şəhid verən,

Qəhrəmanım, Naxçıvan!


Hər kəsə açdın qucaq,

Sevən üçün bir ocaq.

Əshabi-Kəhf, Haçadağ,

Din-imanım, Naxçıvan!


Vətən üçün can deyər,

Hər daşı dastan deyər.

Eyvaz hər zaman deyər:

Ey məkanım, Naxçıvan!


Eyvaz Səmədov