Dövlət Kukla Teatrıları arasında əməkdaşlıq memorandumu imzalanıb -

Dövlət Kukla Teatrıları arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

01 Noyabr 2026

Oktyabrın 31-də Naxçıvan Dövlət Kukla Teatrı ilə Salyan Dövlət Kukla Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, memorandum Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov və Salyan Dövlət Kukla Teatrının direktoru Yaşar Muradlı tərəfindən imzalanıb.

Sənədin əsas məqsədi iki teatr arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və teatr sənəti sahəsində təcrübə mübadiləsinin inkişaf etdirilməsidir.

Memoranduma əsasən, teatrlar arasında birgə yaradıcılıq layihələrinin hazırlanması və həyata keçirilməsi, tamaşaların qarşılıqlı nümayişi, yaradıcı kollektivlərin təcrübə mübadiləsinin təşkili, eləcə də qarşılıqlı qastrol səfərlərinin keçirilməsi nəzərdə tutulur.

İmzalanan memorandumun hər iki teatrın yaradıcılıq fəaliyyətinə yeni imkanlar qazandıracağı, teatr kollektivləri arasında peşəkar əlaqələrin möhkəmlənməsinə, mədəni əməkdaşlığın daha da genişlənməsinə və kukla teatrı sənətinin inkişafına töhfə verəcəyi gözlənilir.