Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub
Cari ilin sentyabr ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 885 951 nəfər olub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onların 478 354 nəfərini aylıq sosial müavinət, 407 597 nəfərini isə təqaüd alanlar təşkil edib.








