Naxçıvanda 1000 yerlik yataqxana kompleksinin layihəsi hazırlanacaq

Naxçıvanda 1000 yerlik yataqxana kompleksinin layihəsi hazırlanacaq

06 Oktyabr 2026

Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi nəzərdə tutulur.

"NAXÇIVANXƏBƏRLƏRİ" dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadla xəbər verir ki, bununla bağlı yataqxana kompleksinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün satınalma müsabiqəsi elan edilib.

Müsabiqənin sifarişçisi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsidir.