Naxçıvanda qarğıdalı yığımının ilkin nəticələri açıqlanıb

Naxçıvanda qarğıdalı yığımının ilkin nəticələri açıqlanıb

06 Oktyabr 2026

Naxçıvan Muxtar Respublikasında cari kənd təsərrüfatı mövsümü çərçivəsində qarğıdalı yığımı davam edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iİlkin göstəricilərə əsasən, muxtar respublika üzrə 697,9 hektar sahədə qarğıdalı əkini aparılıb. Hazırda 58,5 hektar sahədə biçin işləri başa çatdırılıb və 418,5 ton məhsul əldə olunub. Biçini aparılan sahələr üzrə orta məhsuldarlıq 71,5 sentner/hektar təşkil edib.

Qarğıdalı əkin sahəsinin həcminə görə Şərur rayonu öndədir. Rayonda 518,2 hektar əkin sahəsi üzrə məhsuldarlıq 86,1 sentner/hektar olub.

Kəngərli rayonunda 103,5 hektar sahədə qarğıdalı əkini aparılıb və məhsuldarlıq 54,6 sentner/hektar təşkil edib. Babək rayonunda 67,3 hektar sahə üzrə məhsuldarlıq 57 sentner/hektar, Naxçıvan şəhərində isə 3 hektar sahə üzrə 50 sentner/hektar olub.

Aparılan biçin işlərinin ilkin nəticələrinə əsasən, ən yüksək məhsuldarlıq göstəricisi Şərur rayonunda qeydə alınıb.