Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Fazil Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, muxtar respublikanın Baş naziri Cabbar Musayev bununla bağlı sərəncam imzalayıb.
F.Məmmədovu kollektivə C. Musayev təqdim edib.
O, bu təyinatadək Naxçıvan MR Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.








