Naxçıvan Dövlət Kukla Teatrı ilə Çine Bələdiyəsi arasında memorandum imzalanıb

Naxçıvan Dövlət Kukla Teatrı ilə Çine Bələdiyəsi arasında memorandum imzalanıb

19 Noyabr 2026

Naxçıvan Dövlət Kukla Teatrı ilə Türkiyənin Çine Bələdiyəsi Mədəniyyət Mərkəzi arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə memorandum imzalanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, imzalanma mərasimi iki mədəniyyət müəssisəsi arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyıb.

Memorandumu Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov və Çine Bələdiyyəsi Mədəniyyət Mərkəzinin baş rejissoru Ömer Öner imzalayıblar.

Razılaşmaya əsasən, teatr sahəsində təcrübə mübadiləsinin aparılması, birgə mədəni layihələrin həyata keçirilməsi, tamaşaların qarşılıqlı nümayişi, eləcə də yaradıcı kollektivlər arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi nəzərdə tutulur.

Əməkdaşlığın hər iki müəssisənin yaradıcılıq imkanlarının genişləndirilməsinə, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin daha da möhkəmləndirilməsinə, eləcə də teatr sənətinin inkişafı və təbliğinə mühüm töhfə verəcəyi gözlənilir.