Bu ilin 10 ayı ərzində 6 tondan çox narkotik vasitə məhv edilib

Bu ilin 10 ayı ərzində 6 tondan çox narkotik vasitə məhv edilib

19 Noyabr 2026

Bu ilin 10 ayı ərzində 6 tondan çox narkotik vasitə məhv edilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar və 11 iyun 2026-cı il tarixlərdə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 1471 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilib.