İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib -

İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib - FOTO

19 Noyabr 2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının ədliyyə naziri Hoanq Than Tunq və digər rəsmi şəxslər qarşıladılar.