AECOM TRIPP çərçivəsində tədqiqatın ilkin nəticələrini Ermənistana təqdim edib
ABŞ-nin AECOM mühəndislik və konsaltinq şirkəti Ermənistan hakimiyyəti nümayəndələrinə "Tramp marşrutu" (TRIPP) layihəsi çərçivəsində dəmir yolu əlaqəsinin mühəndis-texniki tədqiqatının ilkin nəticələrini təqdim edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
"Dəmir yolu əlaqəsinin mühəndis-texniki tədqiqatı başa çatmaq üzrə ikən, beynəlxalq infrastruktur şirkəti olan AECOM tədqiqatın ilkin nəticələrini yüksək vəzifəli erməni məmurlarla müzakirə etmək və TRIPP layihəsi çərçivəsində infrastruktura investisiya üçün əlavə imkanları araşdırmaq məqsədilə bu həftə yenidən Ermənistana səfər edib", - məlumatda bildirilib.
Xatırladaq ki, 2026-cı ilin may ayında AECOM nümayəndələri TRIPP layihəsi çərçivəsində sahənin tədqiqinə başlayıblar.








