Yasin İsmayılov: Naxçıvanda taxıl əkinləri 94,4 faiz artıb
Naxçıvan Muxtar Respublikasında 2027-ci ilin məhsulu üçün taxıl əkinlərinin 22 min 800 hektara çatdırılması proqnozlaşdırılır. Hazırda muxtar respublika üzrə 14 min 829 hektar sahədə əkin aparılıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Yasin İsmayılov məlumat verib.
O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvanda əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması məqsədilə fəaliyyət planı hazırlanıb.
Yasin İsmayılovun sözlərinə görə, hazırda muxtar respublika üzrə 18 min 134 hektar sahədə şum aparılıb. Ötən ilin eyni dövründə bu göstərici 10 min 556 hektar olub. Beləliklə, şumlanmış sahələr 7 min 578 hektar və ya 71,8 faiz artıb.
Əkin sahələrinin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 min 201 hektar və ya 94,4 faiz çoxdur. Belə ki, ötən ilin eyni dövründə 7 min 628 hektar sahədə əkin aparıldığı halda, cari ildə bu rəqəm 14 min 829 hektara çatıb.
Ən yüksək əkin göstəricisi Babək rayonunda qeydə alınıb. Rayonda cari ilin müvafiq dövrünədək 5 min 12 hektar sahədə əkin aparılıb. Ötən ilin eyni dövründə bu göstərici 1 984 hektar olub. Nəticədə Babək rayonunda əkin sahələri 3 min 28 hektar və ya 152,6 faiz artıb.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








