Françayzinq müqaviləsi nədir və hansı müddətə bağlanır? -

Françayzinq müqaviləsi nədir və hansı müddətə bağlanır? - HÜQUQ MƏSLƏHƏTİ

01 Oktyabr 2026

Sual: Françayzinq müqaviləsi nədir və hansı müddətə bağlanır?

Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər.
Françayzinq müqaviləsinin müddətini tərəflər həmin malın və xidmətlərin satışı ilə bağlı tələbatı nəzərə almaqla müəyyənləşdirirlər. Əgər müqavilənin müddəti on ildən çoxdursa, istənilən tərəfin ləğvetmə üçün zəruri olan bir illik müddəti gözləməklə müqaviləni ləğv etmək ixtiyarı vardır. Əgər tərəflərdən heç biri müqaviləni ləğv etmək üçün bu hüquqdan istifadə etmirsə, müqavilə iki il müddətinə uzadılır. Müqavilə müddətin bitməsi nəticəsində və ya tərəflərin təşəbbüsü ilə ləğv edildikdə tərəflər qarşılıqlı etimad prinsipini gözləməklə müqavilənin müddətini işgüzar qarşılıqlı münasibətlərin faktik qurtardığı vaxtadək eyni və ya dəyişdirilmiş şərtlərlə uzatmağa çalışmalıdırlar.

Sual Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Rəmzi Həsənov tərəfindən cavablandırıldı