Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - YENİLƏNİB
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Hyundai" markalı avtomobilin vurduğu 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlu xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
20:50
Naxçıvan şəhərinin Nizami küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə zamanı “Hyundai” markalı avtomobil yolu keçən, 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.
Nəticədə xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.








