Maraqlar toqquşması nədir? -

Maraqlar toqquşması nədir? - HÜQUQ MƏSLƏHƏTİ

06 Oktyabr 2026

Sual: Maraqlar toqquşması nədir?

Cavab: Maraqlar toqquşması vəzifəli şəxsin şəxsi, ailəvi, maddi və ya digər maraqlarının onun xidməti vəzifələrini obyektiv, qərəzsiz və qanuna uyğun həyata keçirməsinə təsir göstərə biləcəyi vəziyyətdir. Məsələn, vəzifəli şəxs qərar qəbul etməli olduğu məsələ ilə bağlı özü, ailə üzvü və ya yaxın münasibətdə olduğu şəxsin maddi marağının olduğunu bilirsə, bu vəziyyət maraqlar toqquşması yarada bilər. Belə hallarda vəzifəli şəxsin şəxsi marağını xidməti vəzifəsindən üstün tutmaması, qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun davranması tələb olunur. Maraqlar toqquşmasının qarşısının alınması korrupsiyanın profilaktikasının mühüm istiqamətlərindən biridir. Məqsəd qərarların şəxsi maraqlardan deyil, qanun və ictimai mənafedən irəli gəlməsini təmin etməkdir.

Sual Ordubad rayon prokurorunun köməkçisi Ülvi Hüseynov tərəfindən cavablandırılıb