Naxçıvan qadın fərdi sahibkarların sayına görə 8-ci yerdədir

Naxçıvan qadın fərdi sahibkarların sayına görə 8-ci yerdədir

08 Oktyabr 2026

Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində fəaliyyət göstərən qadın fərdi sahibkarların sayı son üç ildə artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" -nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2026-cı il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında bu sahələr üzrə 8 799 qadın fərdi sahibkar qeydiyyatda olub.

Bu göstərici ilə Naxçıvan iqtisadi rayonlar arasında qadın fərdi sahibkarların sayına görə 8-ci yerdə qərarlaşıb.

İqtisadi rayonlar üzrə ən yüksək göstərici Lənkəran–Astarada – 25 224, Qazax–Tovuzda – 23 062, Mərkəzi Aranda – 13 384, Şəki–Zaqatalada – 12 255, Quba–Xaçmazda – 10 999, Gəncə–Daşkəsəndə – 10 325, Qarabağda isə 9 896 nəfər təşkil edib.

Naxçıvanda bu göstəricidə Şərur rayonu 2 704 qadın fərdi sahibkarla diqqət çəkib.

Ümumilikdə Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydiyyatda olan qadın fərdi sahibkarların sayı 2024-cü ilin əvvəlində 123 262 nəfər olduğu halda, 2026-cı ilin əvvəlində 141 695 nəfərə yüksəlib.

Beləliklə, iki il ərzində ölkə üzrə qadın fərdi sahibkarların sayı 18 433 nəfər artıb.