Əmək haqqının ödənilməsində qanun pozuntuları hansı məsuliyyətə səbəb olur? -

Əmək haqqının ödənilməsində qanun pozuntuları hansı məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

08 Oktyabr 2026

Sual: İşçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi hansı hüquqi məsuliyyətə səbəb olur?

Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə  işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd olunan inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır.

Sual Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Rəmzi Həsənov  tərəfindən cavablandırılıb