İnzibati xətanın ehtiyatsızlıqdan törədilməsi dedikdə hansı hallar nəzərdə tutulur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İnzibati xətanın ehtiyatsızlıqdan törədilməsi dedikdəhansı hallar nəzərdə tutulur?
Cavab: İnzibati Xətalar Məcəlləsinin 14-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırılıb








