Pərviz Şahbazov Naxçıvanda vətəndaşları qəbul edəcək
Energetika naziri Pərviz Şahbazov Naxçıvan şəhərindən vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul Naxçıvan Muxtar Respublikasının Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından və Naxçıvan şəhərindən olan vətəndaşlar üçün baş tutacaq.
Qəbul oktyabrın 23-də saat 11:00-dan etibarən "Naxçıvan Enerji" MMC-nin inzibati binasında (Ünvan: Naxçıvan şəhəri, AZ7000, Z.Əliyeva küçəsi 1/12) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1146, 1145, 1144) telefon nömrələri (əlaqələndirici şəxs: İlknur Əhmədov), minenergy@minenergy.gov.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi vasitəsilə də müraciət etmək mümkündür.








