Ordubad rayonu və Naxçıvan şəhərində qaz olmayacaq
Bu gün Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu və Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanədək Ordubad rayonunun Gilançay, Biləv, Behrud, Parağa, Bist, Ələhi, Xurs, Nürgüt, Nəsirvaz və Tivi kəndlərinin, saat 14:30-dan işlər yekunlaşanədək Naxçıvan şəhərinin Xətai məhəlləsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.








