Azər Məmmədrəhimov Babək rayonunda vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov sentyabrın 29-da Babək rayonunda vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul saat 11:00-da “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin Babək Rayon Sektorunda keçiriləcək.
Vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (036) 545-20-24 və (010) 230-71-65 nömrələri ilə əlaqə saxlaya bilərlər.








