İntellekt yarışının yarımfinalinda Naxçıvanı təmsil edəcək komanda məlum olub - FOTO
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş “GİNius 86.600” “Fibonacci” intellektual-əyləncəli oyununun mərhələ yarışı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və "Fibinacci" MMC-nin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan yarış Naxçıvan Şahmat Mərkəzində reallaşıb. Üç raunddan ibarət oyunda 11 komanda iştirak edib.
Nəticələrə əsasən "Taigete" yarışmanın qalibi olub. "Enamel" ikinci, "404" isə üçüncü olub. Sonda ilk üç yerin sahiblərinə diplom, digər komandalara isə iştirakçı sertifikatı təqdim olunub.
Qeyd edək ki, yarışın qalibi Bakı şəhərində keçiriləcək yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.












