Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçiriləcək

Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçiriləcək

01 Oktyabr 2026

9 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş “Qürur rəngləri” kvest oyununun Naxçıvan mərhələsinin keçirilməsi nəzərdə tutulur. Heydər Əliyev Uşaq-Yaradıcılıq Mərkəzinin qarşısında keçiriləcək kvest oyununda gənclər komanda şəklində iştirak edəcəklər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihənin əsas məqsədi gənclər arasında Azərbaycan Dövlət Bayrağına hörmət və milli qürur hissinin gücləndirilməsi, vətənpərvərlik dəyərlərinin təbliği və gənclərin fəal iştirakının təmin edilməsidir.

Kvest oyunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Fibonacci” MMC-nin təşkilatçılığı ilə keçiriləcək.