Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşada olublar

Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşada olublar

01 Oktyabr 2026

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani sabah keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan Müdafiə Nazirlərinin Üçtərəfli Görüşündən əvvəl Şuşa şəhərində baxış keçiriblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

https://x.com/tcsavunma/status/2105700097774202975