9 ayda sosial şəbəkələrdə 14 mindən çox vətəndaş müraciəti cavablandırılıb
Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 14 354 vətəndaş müraciəti cavablandırılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, müraciətlərin 5 595-i ünvanlı dövlət sosial yardımı, 2 732-si pensiya təyinatı, 3 545-i sosial müavinət və təqaüd, 248-i sosial sığorta və fərdi uçot, 2 234-ü isə digər istiqamətlər üzrə olub.








