Azərbaycan gömrükçüləri 5 minə yaxın kosmetik vasitə müsadirə edib

Azərbaycan gömrükçüləri 5 minə yaxın kosmetik vasitə müsadirə edib

01 Oktyabr 2026

Dövlət Gömrük Komitəsinin dfin əməkdaşları bəyan edilmədən ölkəyə gətirilməsinə cəhd göstərilən kosmetik vasitələr aşkar edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Qırmızı Körpü" gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusundan keçirilən nəqliyyat vasitəsinin yük yerində şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 4 752 ədəd kosmetik vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.