Külli miqdarda brilyant qaşlar aşkar edilib

Külli miqdarda brilyant qaşlar aşkar edilib

29 Sentyabr 2026

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Şarja–Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan Respublikası vətəndaşı “Yaşıl Kanal” buraxılış sistemindən keçərək gömrük nəzarəti zonasını tərk etmək istəyib.

Vətəndaşın davranışları gömrük əməkdaşlarında şübhə doğurduğundan o, “Qırmızı Kanal”a yönləndirilib və barəsində gömrük nəzarəti formaları tətbiq olunub.

Yoxlama zamanı şəxsin üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən ümumilikdə 2502,524 karat brilyant qaşlar aşkar edilib.

Aşkar olunan brilyant qaşların ümumi dəyərinin 4 milyon manatdan artıq olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.