Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb

Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb

26 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Logan" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.