Güləş üzrə Naxçıvan birinciliyi keçirilib -

Güləş üzrə Naxçıvan birinciliyi keçirilib - FOTO

26 Sentyabr 2026

Məktəblilər (U15) arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib.

Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən birincilikdə 67 məktəbli idmançı iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda müxtəlif çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.

Yarışın nəticələrinə əsasən Rzayev Əli (38 kq), İsgəndərli Fuad (41 kq), Bağrıov Tuncay (44 kq), Əhmədov Cahangir (48 kq), Əlizadə Fərid (52 kq), İsayev Yusif (57 kq), Məhərrəmov Rayil (62 kq), Quluzadə Sadiq (68 kq), Kərimov Murad (75 kq) və Babayev Adəm (85 kq) öz çəki dərəcələrində birinci yerə layiq görülüblər.

Yarışın sonunda ilk üç yeri tutan idmançılara diplom, medal və hədiyyələr təqdim olunub.