Naxçıvan Dövlət Kukla Teatrının yaradıcı heyətinin beynəlxalq uğuru -

Naxçıvan Dövlət Kukla Teatrının yaradıcı heyətinin beynəlxalq uğuru - FOTO

26 Sentyabr 2026

Naxçıvan Dövlət Kukla Teatrının yaradıcı heyəti Türkiyənin Van şəhərində keçirilən III Beynəlxalq Monotamaşalar Festivalında uğurla təmsil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ"  məlumat verir ki, festivalın yekununda “Ən yaxşı kişi aktyor” nominasiyasına Səyyad Məmmədov, “Ən yaxşı qadın aktrisa” nominasiyasına isə Əfqanə Ələsgərova layiq görülüb.

Səyyad Məmmədov festivalda P. Seyidlinin qələmı aldığı “Killerdən teleqram” monotamaşasını, Əfqanə Ələsgərova isə müəllifi olduğu “Səssiz fəryad” monotamaşasını festival iştirakçılarına təqdim edib.

Bu nəticə Naxçıvan Dövlət Kukla Teatrının beynəlxalq səhnədəki yaradıcılıq fəaliyyətinin daha bir  göstəricisidir.